G.R.L. ("Girls Rock Life") qadın qrupunun üzvü, eyni zamanda "Party Rock Anthem" qlobal hitinin qonaq vokalçısı olan britaniyalı müğənni Loren Bennett 37 yaşında həyatını itirib.
Medianews.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə musiqi kollektivi özünün İnstaqram hesabında məlumat paylaşıb.
"Sevimli Lorenimizin vəfatını böyük kədər hissi ilə bildiririk. Qəlblərimiz parçalanıb", - deyə qrupun yaydığı bəyanatda qeyd olunub.
Müğənninin ölüm səbəbi hələlik açıqlanmır.