Hindistanda nadir rast gəlinən dişi Asiya şirinin hücumuna məruz qalan heyvandar möcüzə nəticəsində sağ qalıb.
Medianews.az xəbər verir ki, vəhşi heyvan kişiyə evinin yaxınlığında hücum edib. Şir qurbanın əvvəlcə qolundan, sonra ayağından dişləyərək onu yerə yıxıb. İnsanın yırtıcı ilə ölüm-dirim savaşı ətrafdakı kameralar tərəfindən anbaan qeydə alınıb.
Kənd sakinləri dərhal köməyə qaçaraq şirin üzərinə qışqırmağa və daş atmağa başlayıblar. Uzun cəhdlərdən sonra yırtıcını qovmaq mümkün olub. Ağır xəsarətlər alan Parmar xəstəxanaya yerləşdirilib.
Bu hadisə bölgə sakinlərinin narahatlığına səbəb olub, çünki son vaxtlar şirlər yaşayış məntəqələrində getdikcə daha tez-tez görünməyə başlayıblar. Hazırda Meşə Təsərrüfatı Departamentinin əməkdaşları hücum edən heyvanı axtarırlar.
Medianews.az