Maliyyə Nazirliyinin açıqlamasına görə, 2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsi 19 milyard 179,4 milyon manat gəlir əldə edib, büdcədən 17 milyard 230,6 milyon manat xərclənib, gəlirlər proqnozu 1,9 faiz üstələyib, xərclər proqnozun 97,4 faizinə bərabər olub.
Medianews.az bildirir ki, Azərbaycanın 2026-cı il büdcəsində 38 milyard 609 milyon manat gəlir, 41 milyard 703,600 milyon manat xərc nəzərdə tutulub.
Dövlət Statistika Komitəsi gəlir və xərclərin icrasını yanvarda 91,5 faiz və 61,4 faiz, fevralda 97 faiz və 105,9 faiz, martda 109,7 faiz və 115,5 faiz, apreldə 93,7 faiz və 95,3 faiz göstərib.
Mayın operativ hesabatında gəlirlərin 88,3 faiz, xərclərin 104,2 faiz icra olunduğu bəyan edilib.