Medianews.az
İspaniya millisinin baş məşqçisi:
86 baxış

İspaniya millisinin baş məşqçisi: "Yamal rəqibə qorxu saldı"

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın 1/8 finalında Portuqaliyaya qarşı keçirdikləri matçda (1:0) vinger Lamin Yamalın oyununu yüksək qiymətləndirib.

Medianews.az xəbər verir ki, mütəxəssis 18 yaşlı futbolçunun rəqib müdafiəçilərə çətin anlar yaşatdığını bildirib: "Lamin Yamal karyerasının ən yaxşı oyunlarından birini keçirdi. Bu, onun inkişafı üçün çox vacib gündür. Portuqaliyalı Nunu Mendeşin zədələnməsi məhz Laminin ona yaratdığı gərginliklə bağlı idi. O, möhtəşəm iş gördü və rəqibə qorxu saldı. Hələ qarşıda onu böyük gələcək gözləyir".

Xatırladaq ki, İspaniya millisi Mikel Merinonun 90+1-ci dəqiqədə vurduğu qolla Portuqaliyanı turnirdən kənarlaşdırıb. İspanlar iyulun 10-u Bakı vaxtı ilə saat 23:00-da 1/4 final mərhələsində Belçika ilə qarşılaşacaqlar.

Medianews.az

Bizə qoşulun