ABŞ millisinin hücumçusu Folarin Baloqun 2026-cı il dünya çempionatında Belçikaya qarşı 1/8 final matçından əvvəl yaşanan qalmaqalla bağlı açıqlama verib.
Medianews.az xəbər verir ki, “Monako”nun futbolçusu qırmızı vərəqəyə görə cəzasının dayandırılması barədə danışıb:
“Bu qərarı mən verməmişəm. Mən sadəcə meydana çıxmağa hazır idim. Məşqçi mənə şans verdi, mən də komandama kömək etmək istədim. Amma alınmadı”.
Belçika ilə oyundan əvvəl FİFA-nın İntizam Komitəsi Baloqunun avtomatik diskvalifikasiyasının icrasını dayandırmışdı. Bu qərar ciddi narazılığa səbəb olmuşdu.
Qalmaqalı böyüdən məqamlardan biri ABŞ Prezidenti Donald Trampın məsələ ilə bağlı FİFA prezidenti Canni İnfantinoya şəxsən zəng etdiyini etiraf etməsi olub.
Qeyd edək ki, Baloqun Belçika ilə matçda 92 dəqiqə meydanda qalıb, qol vura bilməyib. ABŞ millisi 1:4 hesablı məğlubiyyətdən sonra dünya çempionatı ilə vidalaşıb./Teleqraf