Medianews.az
Ermənistana ən çox haralardan gəlirlər? -
271 baxış

Ermənistana ən çox haralardan gəlirlər? - SİYAHI

2025-ci ilin yanvar-oktyabr aylarında Ermənistanı 1 milyon 947 min 138 turist ziyarət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Medianews.az hesabatı yayan Turizm Komitəsinə istinadla bildirir ki, turistlərin 41 faizi Rusiyadan, 12 faizi Gürcüstandan, 8 faizi İrandan, qalan hissəsi başqa ölkələrdən gəlib.

Rəsmi açıqlamaya görə, ilk beşlikdə göstərilən Rusiyadan 799 min 848, Gürcüstandan 238 min 120, İrandan 153 min 300, ABŞ-dan 56 min 270, Çindən 40 min 912 turist qəbul olunub.

Turist axınında ən gur ayın avqust olduğu xəbər verilir: 334 min 396 ziyarətçi.

Medianews.az

Bizə qoşulun