Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Fridrix Merts arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, liderlər Türkiyə ilə Almaniya arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan danışıq zamanı Türkiyənin Almaniya ilə ikitərəfli münasibətləri inkişaf etdirməyi hədəflədiyini və bu məqsədlə qarşılıqlı addımlar atmağa davam etməyin vacibliyini vurğulayıb./publika.az