ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşdığı süni intellektlə hazırlanmış görüntülərlə özünü "Amerikanın xilaskarı" və "Bütün dünyanın müdafiəçisi" kimi təqdim edib.
Medianews.az xəbər verir ki, paylaşımlardan birində Trampın həyatının müxtəlif dövrlərinə aid dörd şəkil yer alıb və üzərində "Amerikanı xilas edən adam" ifadəsi yazılıb.
Digər paylaşımda isə Trampın arxa fonunda İran bayraqları yaxınlığında partlayışlar təsvir olunub. Şəklin üzərində "Sülhün müdafiəçisi" sözləri qeyd edilib.
Medianews.az
