Medianews.az
Ağdamdakı yanğınlar
67 baxış

Ağdamdakı yanğınlar söndürüldü

Ağdam rayonunun Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş vermiş yanğınlar söndürülüb.

Medianews.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Bizə qoşulun