Hindistanda 45 yaşlı fermer qonşusunun həyat yoldaşına maraq göstərdiyi iddiası ilə amansız hücuma məruz qalıb.
Medianews.az xəbər verir ki, hadisə Racastan ştatında baş verib.
Yerli sakinlər onu qan içində tapıblar. Fermerin sağ qolu və ayağı sındırılıb, burnu və bir qulağı kəsilib.
İstintaqın məlumatına görə, hücumu törədən şəxslər uzunmüddətli ailə münaqişəsi səbəbindən fermerin yaşadığı əraziyə gəliblər. Saxlanılan iki şübhəlidən biri bildirib ki, hadisəyə səbəb zərərçəkənin onun həyat yoldaşına qarşı maraq göstərməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Medianews.az