Türk reper Sefo sevgilisi Çağla Boz ilə birlikdə Arnavutköydə olarkən kameralara tuş gəlib.
Medianews.az olay.az-a istinadən xəbər verir ki, ötən həftə bir məkanda atəşfəşanlıq müşayiəti ilə Bozun barmağına üzük taxarkən görüntülənən Sefo bu barədə jurnalistlərin suallarını cavablandırıb.
Müğənni gülərək “Elə bir şey yoxdur, zarafat etmişdik. Hazırda bunun üçün çox tezdir. Üzük isə əvvəldən var idi” deyə, bildirib.

