Medianews.az
Axşam yeməyində
114 baxış

Axşam yeməyində bunları seçin

Endokrinoloq Viktoriya Sadovskaya bildirib ki, sağlam şam yeməyinin əsasını tərəvəzlər, göyərti, tam taxıllı məhsullar, paxlalılar, qoz-fındıq, balıq, quş əti və bitki yağları təşkil etməlidir.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, axşam yeməyində qırmızı ət, fastfud, kolbasa, çips, şəkər və ağ undan hazırlanan məhsulların istehlakı mümkün qədər məhdudlaşdırılmalıdır.

Həkim "Harvard boşqabı" qaydasına əməl etməyi tövsiyə edir. Bu qaydaya əsasən, boşqabın yarısı tərəvəz, meyvə və göyərtidən, dörddə biri zülal mənbələrindən, qalan dörddə biri isə tam taxıllı və digər mürəkkəb karbohidratlardan ibarət olmalıdır.

Mütəxəssis əlavə edib ki, şam yeməyi səhər və nahar yeməyindən daha yüngül olmalı, gündəlik kalori normasının təxminən üçdə birini təşkil etməlidir. Axşam saatlarında həddindən artıq qidalanma piylənmə və maddələr mübadiləsi pozğunluqları riskini artırır.

Medianews.az

Bizə qoşulun