“İstanbul Ukrayna ilə bağlı mümkün sülh danışıqları üçün bütün tərəfləri qane edən platforma olaraq qalır”.
Medianews.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
“İstanbul bütün tərəfləri qane edir və danışıqların bərpası üçün əlverişli platformadır”, – deyə mənbə bildirib.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə İstanbul razılaşmaları əsasında danışıqlara hazır olduqlarına dair bəyanatını müsbət qiymətləndirib.
Putin iyun ayında bəyan etmişdi ki, Rusiya İstanbulda əldə olunmuş razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazırdır.
“Rusiya, dəfələrlə bildirildiyi kimi, İstanbulda əldə edilmiş razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazırdır”, – deyə o vurğulayıb.
Bundan əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukrayna ilə danışıqları istənilən vaxt bərpa etməyə hazır olduğunu bəyan etmişdi.\\Globalinfo.az