Medianews.az
Kamal Umudlu Konfrans Liqası matçına
74 baxış

Kamal Umudlu Konfrans Liqası matçına təyinat alıb

Azərbaycanın FIFA referisi Kamal Umudlu təyinat alıb.

Medianews.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Dinamo Siti" (Albaniya) – "Aluminiy" (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.

Referiyə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, görüş iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizə qoşulun