Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Hüseynov uzunsürən xəstəlikdən sonra vəfat edib.
Ələkbər Hüseynov Moskva Dövlət Aqrar Mühəndislər Universitetinin mühəndis-pedaqoq ixtisasını fərqlənmə ilə bitirib.
Uzun illər AzTU-da fəaliyyət göstərən Ələkbər Hüseynov Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının rəhbəri kimi müdafiə sənayesi üçün yüzlərlə mütəxəssisin hazırlanmasına, elmi-pedaqoji potensialın gücləndirilməsinə mühüm töhfələr verib.
Təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2020-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Yüzlərlə məqalə, 10-a yaxın dərslik və 7 ixtiranın müəllifi olub.
AzTU-nun rəhbərliyi və kollektivi Ələkbər Hüseynovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir./milli.az
