Medianews.az
“El Menço”dan sonra boşluq:
140 baxış

“El Menço”dan sonra boşluq: Karteldə yeni lider kim olacaq? - VİDEO

Meksikada “Xalisko Yeni Nəsil” narkokartelinin başçısı, “El Menço” ləqəbli Nemesio Oseguera öldürülməsindən sonra təşkilat daxilində hakimiyyət uğrunda mübarizə başlayıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, kartelin yeni liderliyinə əsas namizədlərdən biri 29 yaşlı “El Yoğurt” ləqəbli Abraham Hesus Ambris Kanodur.

Bildirilir ki, o, kartelin Miçoakan, Xalisko və Kolima ştatlarında fəaliyyət göstərən silahlı qruplaşmalarına rəhbərlik edib. “Los Indestructibles” (“Məğlubedilməzlər”) adlı silahlı dəstənin komandanı olduğu qeyd edilən Ambriz Kanonun narkotik marşrutlarına nəzarətdə mühüm rol oynadığı vurğulanır. Xarici mediada onun “El Menço”nun şəxsi ölüm dəstəsinə rəhbərlik etdiyi də iddia olunur.

Məlumata görə, 2025-ci ildə Meksika Hərbi Dəniz Qüvvələrinin Miçoakanda keçirdiyi əməliyyat zamanı onun rəhbərlik etdiyi qrupla silahlı toqquşma baş verib. Hadisə nəticəsində 12 kartel üzvü öldürülüb, bir neçə hərbçi yaralanıb və saxlanılanlar olub. “El Yoğurt”un isə əməliyyat zamanı qaçmağa nail olduğu bildirilir.

2026-cı ilin fevralında “El Menço”nun ölümündən sonra ölkədə zorakılıq halları artıb. Rəsmi qurumlar karteldə yeni liderlə bağlı açıqlama verməsə də, təhlükəsizlik ekspertləri təşkilat daxilində parçalanma və daha sərt qarşıdurma ehtimalının gücləndiyini bildirirlər.

Medianews.az

Bizə qoşulun