Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində 26 yaşlı Nicat Həsənov tutulub.
Məlumata görə, onun üzərindən və saxlanıldığı ünvandan ümumilikdə 51 kiloqram tərkibinə müxtəlif zərərli maddələr əlavə edilmiş marixuana, eləcə də 2000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, N.Həsənov xaricdə yerləşən narkotik şəbəkələrinin göstərişləri əsasında ölkə daxilində narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkili ilə məşğul olub.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma davam etdirilir.
