Medianews.az
Dəhşətli virusun yayıldığı gəmidən yeni xəbər -
104 baxış

Dəhşətli virusun yayıldığı gəmidən yeni xəbər - VİDEO

Xəbər veridiyimiz kimi, Hollandiya bayrağı altında üzən MV Hondius kruiz gəmisində hantavirus aşkarlanıb.

Medianews.az xəbər verir ki, gəmi 1 aprel tarixində Argentinadən yola çıxaraq Kabo-Verde yaxınlığında karantində saxlanılır.

Gəmidə 23 ölkədən 88 sərnişin və 59 ekipaj üzvü var.

İspaniya hakimiyyəti tibbi yardım göstəriləcəyini və xəstələrin təxliyəsinin mümkün olduğunu bildirib. Gəminin təxminən 3 gün ərzində Kanarya adalarına çatması gözlənilir. Lakin regional hökumət bu qərara etiraz edərək təhlükəsizlik risklərindən narahatlığını ifadə edib.

Şirkətin açıqlamasına görə, iki nəfərin vəziyəti ağırdır və təcili tibbi yardım tələb olunur.

Gəmidə olduğu bildirilən Türkiyənin tanınmış  yotuberi Ruhi Çenet isə hadisə ilə bağlı açıqlamasında ilkin ölümlərin təbii səbəblərlə əlaqələndirildiyini, lakin sonradan yoluxucu xəstəliyin aşkarlandığını deyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hadisə ilə bağlı kontakt izlənməsinin davam etdiyini açıqlayıb. Gəmidə ümumilikdə 7 sərnişində virus təsdiqlənib, 3 nəfər isə həyatını itirib.

Medianews.az

Bizə qoşulun