Dünya Səhiyyə Təşkilatı Argentina–Yaşıl Burun Adaları marşrutu üzrə hərəkət edən MV Hondius kruiz gəmisində şübhəli hantavirus yayılması ehtimalı olduğunu açıqlayıb.
Hantavirus, əsasən gəmiricilər (siçan, siçovul) vasitəsilə yayılan, insanlarda ağır tənəffüs (HPS) və ya böyrək (HFRS) çatışmazlığına səbəb ola bilən, damar divarlarını zədələyən zoonoz RNT virusu növüdür.
Medianews.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 1 yoluxma təsdiqlənib, 5 şübhəli hal araşdırılır.
Gəmidə təxminən 150 sərnişin olduğu və gəmi hazırda Praia limanı yaxınlığında dayanaraq yoxlamaların aparıldığı bildirilir.
Hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır və insandan insana keçməsi nadir hallarda baş verir. Yoluxmanın necə baş verdiyi isə hələ də dəqiqləşdirilmir.
Bəzi ekspertlər kruiz gəmilərində qapalı mühitin infeksiyaların yayılmasına şərait yarada biləcəyini, lakin hantavirus üçün bu yoluxma formasının qeyri-adi olduğunu qeyd edirlər. Simptomları olan sərnişinlərin dərhal təxliyə olunması tövsiyə edilir.
Medianews.az