Medianews.az
Dilində sərvət daşıyır — FOTO
137 baxış

Dilində sərvət daşıyır — FOTO

2022-ci ildə "Munch (Feelin' U)" mahnısı ilə dünya şöhrəti qazanan amerikalı repçi Ice Spice sosial şəbəkədə paylaşdığı yeni fotosu ilə yenidən diqqət mərkəzinə düşüb.

Müğənni iri almaz daşla bəzədilmiş dil pirsinqini nümayiş etdirən selfisini izləyiciləri ilə bölüşüb. Qısa müddətdə geniş müzakirələrə səbəb olan paylaşım sosial media istifadəçiləri arasında fərqli reaksiyalar doğurub.

Bəzi izləyicilər pirsinqin ölçüsünü tənqid edərək onun dişlərə zərər verə və qidalanmanı çətinləşdirə biləcəyini bildiriblər. Digərləri isə zinət əşyasının dəbdəbəli görünüşünü bəyəndiklərini qeyd ediblər.

Xəbərdə yer alan məlumata görə, Ice Spice-ın yeni dil pirsinqinin dəyəri təxminən 50 min ABŞ dollarıdır. Daha əvvəl də bahalı almaz zinət əşyaları ilə gündəmə gələn repçi bu dəfə də qeyri-adi aksessuarı ilə sosial şəbəkələrdə geniş
maraq doğurub.

Bizə qoşulun