Medianews.az
De Paul:
108 baxış

De Paul: “Messi komanda üçün oynayır”

Argentina millisinin yarımmüdafiəçisi Rodriqo De Paul DÇ-2026-da komanda yoldaşı Lionel Messinin rolundan danışıb.

Medianews.az-ın məlumatına görə, futbolçu bildirib ki, Messi komanda üçün böyük üstünlükdür və onun liderliyi Argentina yığmasının əsas güc mənbələrindən biridir.

“Messinin olması bizim üçün böyük üstünlükdür, çünki o, komandaya rəhbərlik edir. O, fərdi rekordları düşünmür, hər zaman komandanı üstün tutur və bu, bizim üçün çox vacibdir”, – deyə De Paul qeyd edib.

Xatırladaq ki, Lionel Messi ÇM-2026-nın ilk matçında Əlcəzairə qarşı 3:0 hesablı qələbədə het-triklə yadda qalıb. O, oyunda 17-ci, 60-cı və 76-cı dəqiqələrdə fərqlənib.

Medianews.az

Bizə qoşulun