Dünya futbol çempionatının qrup mərhələsi çərçivəsində iyunun 27-də dörd oyun keçiriləcək.
Medianews.az xəbər verir ki, G və H qruplarında keçiriləcək oyunlar Bakı vaxtıyla aşağıdakı saatlarda başlayacaq:
G qrupu
saat 07:00 Misir - İran
saat 07:00 Yeni Zelandiya - Belçika
H qrupu
saat 04:00 Uruqvay - İspaniya
saat 04:00 Kabo Verde - Səudiyyə Ərəbistanı
İyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilən çempionatda 48 komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb. Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.
Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA-nın cari reytinqində yeri.
Qrup mərhələsi iyunun 28-də bitir. 1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.