İyunun 25-də dünya futbol çempionatının qrup mərhələsində altı oyun keçiriləcək.
Medianews.az xəbər verir ki, A, C və E qruplarında keçiriləcək oyunlar Bakı vaxtıyla aşağıdakı saatlarda start götürəcək:
A qrupu
saat 05:00 Çexiya - Meksika
saat 05:00 CAR - Cənubi Koreya
C qrupu
saat 02:00 Şotlandiya - Braziliya
saat 02:00 Mərakeş - Haiti
E qrupu
saat 24:00 Kürasao - Fil Dişi Sahili
saat 24:00 Ekvador - Almaniya
İyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilən çempionatda 48 komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb. Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.
Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA-nın cari reytinqində yeri.
Qrup mərhələsi iyunun 28-də bitir. 1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.