2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin beşinci turu çərçivəsində D qrupunda Azərbaycan - İslandiya matçı start götürüb.
Medianws.az xəbər verir ki, "Palms Sports Arena"da (8-ci km stadionu) keçirilən matçı Monteneqrodan olan hakim Nikola Dabanoviç idarə edir.
Qeyd edək ki, bu turadək İslandiya millisi dörd xalla üçüncü, Azərbaycan millisi isə bir xalla dördüncüdür.