Uruqvay millisinin qapıçısı Fernando Muslera dünya çempionatlarında edilən səhvlərin sayına görə lider olub.
Medianews.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsində Kabo-Verde ilə keçirilən və 2:2 hesabı ilə başa çatan oyunda 40 yaşlı qapıçı etdiyi səhv nəticəsində rəqib komandanın qol vurmasına şərait yaradıb.
Bu, Musleranın dünya çempionatları tarixində 4-cü belə səhvi olub və o, 1966-cı ildən bəri aparılan statistikada birinci yerə yüksəlib.
Medianews.az