Medianews.az
Daimi yorğunluq vitamin çatışmazlığından
104 baxış
Yüklə

Daimi yorğunluq vitamin çatışmazlığından qaynaqlana bilər

Daimi yorğunluq, halsızlıq və istəksizlik hər zaman depressiya əlaməti deyil.

Medianews.az xəbər verir ki, bu barədə türkiyəli psixoloq və uşaq inkişafı üzrə mütəxəssis Sare Şen danışıb.

O bildirir ki, bu hallar çox vaxt B12 və D vitamini, dəmir çatışmazlığı, eləcə də tiroid pozuntuları ilə əlaqəli ola bilər.

Onun sözlərinə görə, bir çox hallarda insanlar özlərini pis hiss etsələr də, problemin fiziki səbəbləri araşdırılmır. Halbuki bu kimi çatışmazlıqlar yorğunluq, diqqət zəifliyi və motivasiya itkisi kimi əlamətlərlə özünü göstərə bilər.

Mütəxəssis qeyd edir ki, diaqnoz qoymağa tələsmədən əvvəl mütləq qan analizi verilməlidir. Çünki bəzi hallarda problemin səbəbi psixoloji deyil, orqanizmdəki çatışmazlıqlardır.

Bununla belə, bütün halların fiziki səbəblərlə bağlı olduğunu demək düzgün deyil. Zəhin və bədən bir-biri ilə sıx bağlıdır və hər iki istiqamət birlikdə qiymətləndirilməlidir. Əgər analizlər normal çıxarsa, bu zaman psixoloji amillərə diqqət yetirmək daha məqsədəuyğun hesab olunur.

Medianews.az

Bizə qoşulun