Medianews.az
Bu qida sümükləri
94 baxış

Bu qida sümükləri gücləndirir

Həkimlər 50 yaşdan sonra sümüklərin möhkəm qalması üçün düzgün qidalanma və fiziki aktivliyin vacib olduğunu bildirirlər. Osteoporoz riski yaş artdıqca yüksəlir və çox vaxt yalnız sınıq baş verdikdən sonra aşkarlanır.

Medianews.az xəbər verir ki,  mütəxəssislərin sözlərinə görə, xəstəliyin qarşısını almaq üçün əsas amillər kalsium və D vitamini ilə zəngin qidalar, eləcə də gündəlik fiziki məşqlərdir. Xüsusilə sürətli yerimə və güc məşqləri tövsiyə olunur.

Həkimlər 50 yaşdan yuxarı insanlar üçün ən faydalı qidalardan biri kimi sardina balığını qeyd edirlər. Bu məhsul həm kalsium, həm də D vitamini ilə zəngindir və sümük sağlamlığını dəstəkləyir.

Medianews.az

Bizə qoşulun