Medianews.az
Bu ay Azərbaycanda neçə külək xəbərdarlığı olub?
144 baxış

Bu ay Azərbaycanda neçə külək xəbərdarlığı olub?

Bu ilin iyun ayında Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə hansı xəbərdarlıqları verib?

Medianews.az suala cavab tapmaq üçün  Milli Hidrometeorologiya Xidmətinin internet səhifəsinə nəzər yetirib.  

İyunun 2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

İyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, iyunun 12-16-da isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

İyunun 17-18-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

İyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

İyunun 30-u bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Medianews.az

Bizə qoşulun