Rusiya Hərbi Dəniz Donanmasının (HDD) tərkibində pilotsuz sistemlər alaylarının formalaşdırılması prosesi başa çatıb.
Bu barədə HDD-nin baş komandanı, donanma admiralı Aleksandr Moiseyev "Zvezda" telekanalının efirində bildirib.
Moiseyevin sözlərinə görə, pilotsuz sistemlər alayları iyulun 1-dən etibarən tam formalaşdırılıb. O qeyd edib ki, bu cür hərbi hissələrdən biri də Şimal Donanmasının tərkibində fəaliyyət göstərir.
Xatırladaq ki, pilotsuz sistemlər alaylarının yaradılması ilə bağlı qərar 2024-cü ilin sonunda qəbul olunmuşdu./Oxu.Az