Medianews.az
Özbəkistanın məşhur jurnalisti Azərbaycanın ən kiçik bloqqerini görməyə gəldi
88 baxış

Özbəkistanın məşhur jurnalisti Azərbaycanın ən kiçik bloqqerini görməyə gəldi

Azərbaycanın ən azyaşlı və sevilən bloqqerlərindən olan "Madina Baby" kimi tanınan Mədinə Özbəkistandan gələn xüsusi qonağla görüşüb.

Medianews.az Modern.az-a istinadla xəbər verir ki, Özbəkistanın tanınmış jurnalisti Həmzə Cumayev yaxın zamanda təngənəfəslik səbəbindən əməliyyat olunan Mədinəni ziyarət edərək ona mənəvi dəstəyini nümayiş etdirib. O, həm öz adından, həm də Özbəkistan xalqı adından gətirdiyi xüsusi hədiyyələri Mədinəyə təqdim edib.

Səmimi görüş zamanı Həmzə Cumayev bildirib ki, Mədinə təkcə Azərbaycanda deyil, Özbəkistanda da böyük sevgi ilə izlənilir. Onun paylaşdığı videolar və səmimi davranışları minlərlə özbək izləyicisinin rəğbətini qazanıb.

Jurnalist qeyd edib ki, Mədinənin əməliyyatdan sonra sağlamlığına qovuşması xəbəri Özbəkistanda da böyük sevinc hissi ilə qarşılanıb.

"Səni Özbəkistanda da çox sevirlər. Sənin videolarını böyük maraqla izləyirlər. Ümid edirəm ki, tezliklə tam sağalacaq və səni Özbəkistanda qonaq qəbul edəcəyik", – deyə Həmzə Cumayev bildirib.

Görüşün sonunda o, Mədinəni və ailəsini Özbəkistana dəvət edib. Səmimi atmosferdə keçən görüş Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir nümunəsi kimi yadda qalıb.

Qeyd edək ki, "Madina Baby" sosial media səhifələri atası Ülvi Əzimov tərəfindən idarə olunur. O, qızının gündəlik həyatı, maraqlı anları və inkişafını əks etdirən görüntüləri paylaşaraq qısa müddətdə Mədinəni sosial şəbəkələrin ən sevilən azyaşlı simalarından birinə çevirə bilib. Bu gün Mədinənin videoları təkcə Azərbaycanda deyil, qardaş ölkələrdə də böyük maraq və sevgi ilə izlənilir.

Bizə qoşulun