Medianews.az
Almaniyada hər ay 15 min iş yeri bağlanır
113 baxış

Almaniyada hər ay 15 min iş yeri bağlanır

Almaniya iqtisadiyyatı və sənaye sektoru çətin dövr keçirir. Ölkədə hər ay təxminən 15 min iş yerinin ixtisar edilməsi rəqabət qabiliyyətinə mənfi təsir göstərir.

Bunu Almaniya Sənaye İttifaqının (BDI) baş direktoru Tanya Gyönner açıqlayıb.

Onun sözlərinə görə, Almaniya qarşısında duran vəzifələri uğurla yerinə yetirə biləcəyi təqdirdə yenidən güclü iqtisadi potensialını bərpa edə bilər. Gyönner bildirib ki, innovasiya uzun müddətdir ölkədə fəaliyyət göstərən bir çox şirkətin əsas prioritetlərindən biridir.

BDI rəhbəri qeyd edib ki, Almaniya sənayesi süni intellekt texnologiyalarının inkişafı fonunda yeni texnoloji inqilab mərhələsinə qədəm qoyur. Bununla yanaşı, Çin tərəfindən artan rəqabət və ABŞ-ın ticarət siyasəti sənaye sektoruna ciddi təzyiqlər yaradır.

Xatırladaq ki, bundan əvvəl Almaniyanın ağır sənaye sektorunda fəaliyyət göstərən işəgötürənlər assosiasiyası Gesamtmetall 2026-cı ildə də genişmiqyaslı ixtisarların davam edə biləcəyi barədə xəbərdarlıq etmişdi./"Unikal"

Bizə qoşulun