Medianews.az
Böyük səkkizlik hansı yolu keçib? -
141 baxış

Böyük səkkizlik hansı yolu keçib? - DÇ-2026

23-cü dünya futbol çempionatının dörddə bir final cütlükləri bəllidir:

Fransa – Mərakeş

Norveç – İngiltərə

İspaniya – Belçika

Argentina – İsveçrə.

Medianews.az bildirir ki, Fransa və Norveç eyni qrupda yarışıblar, matçları belə bitib:

Fransa – Seneqal 3:1
Norveç – İraq 4:1

Fransa – İraq 3:0
Norveç – Seneqal 3:2

Norveç – Fransa 1:4.

1/16 finalda Norveç Fil Dişi Sahilini (2:1), Fransa İsveçi (3:0), 1/8 finalda Fransa Paraqvayı (1:0), Norveç Braziliyanı (2:1) keçib.

Mərakeş qrup mərhələsində Braziliya ilə başabaş oynayıb (1:1), Şotlandiya (1:0) və Haitini (4:2) yenib, 1/16 finalda Niderlanddan (1:1, penalti seriyasında 3:2), 1/8 finalda Kanadadan (3:0) üstün olub.

İngiltərə qrupda Xorvatiya (4:2) və Panamanı (2:0) məğlub edib, Qana ilə bərabərliyə imza atıb (0:0), 1/16 finalda Konqo Demokratik Respublikasını (2:1), 1/8 finalda Meksikanı (3:2) yarışdan çıxarıb.

İspaniya qrupda Kabo Verde ilə sülh bağlayıb (0:0), Səudiyyə Ərəbistanı (4:0) və Uruqvayı (1:0) udub, 1/16 finalda Avstriyanı (3:0), 1/8 finalda Portuqaliyanı (1:0) ələyib.

Belçika qrupda Misir (1:1) və İranla (0:0) heç-heçəyə razılaşıb, Yeni Zelandiyanı məğlub edib (5:1), 1/16 finalda Seneqala (3:2), 1/8 finalda ABŞ-a (4:1) üstün gəlib.

Argentina qrupda Əlcəzair (3:0), Avstriya (2:0) və İordaniyanı (3:1), 1/16 finalda Kabo Verdeni (3:2), 1/8 finalda Misiri (3:2) udub.

İsveçrə qrupda Qətərlə (1:1) xalları bölüb, Bosniya (4:1) və Kanadanı (2:1) yenib, 1/16 finalda Əlcəzairi (2:0), 1/8 finalda Kolumbiyanı (0:0, penalti seriyasında 4:3) evə yollayıb.

İyunun 11-dən ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi çempionatda dörddə bir final 9-12 iyula, yarımfinal 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

Əvvəlki 22 çempionatda Braziliya 5, İtaliya və Almaniya 4, Argentina 3, Uruqvay və Fransa 2, İngiltərə və İspaniya 1 dəfə zirvəyə yüksəlib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun