Rumıniyada 2026-cı il üçün ən yaşlı abituriyent Təbiət Elmləri Universitetinə qəbul olmaq üçün müraciət edən 87 yaşlı Viorel Pintilesku olub.
Medianews.az xəbər verir ki, bu barədə Rumıniyanın “Ziarul de laşi” qəzeti məlumat yayıb.
Məlumata görə, 1939-cu il təvəllüdlü təqaüdçü Kənd Təsərrüfatı Elmləri Fakültəsində biologiya ixtisası üzrə təhsil almağı planlaşdırır.
Abituriyentin özü isə arvadını itirdikdən sonra yenidən təhsil almaq qərarına gəldiyini bildirib./Axar.az