“Menyuda isti yeməyin olmaması həzm sisteminə ağır təsir göstərir”.
Medianews.az xəbər verir ki, bunu bioloq İrina Lyalina deyib.
Onun sözlərinə görə, bu, həzmi zəiflədir və qəbizlik yaradır, fermentlərin ifrazını pozur və nəticədə qastrit, mədə yarası, öd daşı, xolesistit və pankreatit riskini artırır.
Soyuq yeməyin həzm olunması üçün orqanizm daha çox enerji sərf edir. Bu da maddələr mübadiləsini pozaraq qida maddələrinin mənimsənilməsində problemlərə gətirib çıxara bilər.
Medianews.az