Bakı Ağır Cinayətlər Məhkəməsi ABŞ-da yaşayan politoloq Ərəstun Oruclunu 8 il müddətinə azadlıqdan məhrum edib.
Qiyabi hökm fevralın 19-da çıxarılıb.
Ərəstun Oruclu kütləvi iğtişaşlara və dövlət əleyhinə çağırışlarda təqsirli bilinib.
2025-ci il fevralın 23-də Binəqədi Rayon Məhkəməsi onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib.
İttihama görə, politoloq 4 yanvar 2023-cü ildə və 24 oktyabr 2024-cü ildə internet şəbəkəsindəki kanallarda Azərbaycan hakimiyyətinə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar edib.

Medianews.az bildirir ki, Ərəstun Oruclu 1963-cü il avqustun 18-də doğulub.
Azərbaycan Tibb Universitetinin məzunudur.
Milli Təhlükəsizlik Nazirliyində işləyib.
Nazirlər Kabineti yanında Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə Edən Baş İdarənin rəisi olub.
Sonralar qeyri-hökumət sektorunda məsul vəzifələr tutub.
Bir neçə ildir ABŞ-da yaşayır.