Medianews.az
BANM məşğulluq göstəricisinə görə
53 baxış

BANM məşğulluq göstəricisinə görə liderdir

Bakı Ali Neft Məktəbi (BANM) Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” siyahısında ali məktəblər arasında məzunlarının məşğulluğunun orta göstəricilərinə görə ilk pillədədir.

“Qafqazinfo” xəbər verir ki, qeyd olunan reytinq 2018-2022-ci illəri əhatə edir və reytinqdə məzunların əmək bazarına inteqrasiyası, eləcə də işlə təmin olunma səviyyəsi əsas meyar olaraq götürülüb.

Bakı Ali Neft Məktəbi əmək bazarının tələblərinə cavab verən, yüksəkixtisaslı kadrlar hazırlayır. Hazırda BANM məzunları SOCAR və onun müəssisələrində, transmilli korporasiyalarda, yerli və beynəlxalq şirkətlərdə, eləcə də dövlət qurumlarında uğurla fəaliyyət göstərirlər. Bununla yanaşı, məzunlarımızın bir qismi dünyanın nüfuzlu ali təhsil müəssisələrində magistratura və doktorantura səviyyələrində təhsillərini davam etdirirlər.

Bizə qoşulun