Dindar bir insan üçün sənətlə məşğul olmaq mənəvi dəyərlərlə uyğunluq, niyyətin təmizliyi və cəmiyyətə fayda prinsipləri əsasında mümkündür. Bu halda əsas sual yaranır: dindar bir insan sənətlə hansı şərtlərlə məşğul ola bilər? Kino və teatr kimi sahələrdə isə bəzi məqamlar inanc baxımından çətinlik yarada bilər. Məsələn, filmdə öpüşmə səhnəsi varsa, dindar insan nə etməlidir və bu vəziyyətdə hansı seçim daha doğru sayılır?
Medianews.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib ki, dindar bir insanın sənətlə məşğul olması qadağan deyil:
“Belə bir yanaşma ola bilməz. Bəzi insanlar sələfi düşüncəsinə istinad edərək ay musiqisinin, bəziləri də şəkil çəkməyin, ya da heykəl düzəltməyin haram olduğunu iddia edirlər. Lakin Qurana baxanda görürük ki, Süleyman peyğəmbər sarayında heykəl düzəltməyi təşviq etmişdir. Yəni bu mövzuda ümumi qadağa yoxdur. Heykəlin özü də nədir? Bir növ şəkildir da. Yəni bundan başqa belə bir qadağa varmı? Xeyr!”
Elşad Miri qeyd edib ki, kinoya gəldikdə isə, məsələn, Səudiyyə Ərəbistanında illərdir kino sənəti qadağan olub və buna uyğun fətvalar verilib:
“Ona görə də heç bir kino sənayəsi inkişaf eləmədi. Amma neyədilər? Holivvudun yaxud da Bollivudun çəkdikləri filmlərə baxmaq məcburiyyətində qaldılar. Və yaxud da onların vasitsəsilə elədilər. Məsələn, baxın, İslam dünyasında bircə dənə çəkilmiş kino Holivudda çəkilir. Amma onun maliyyəsini Liviyanın keşmiş kralı Qəddafinin yardımı ilə çəkilir. Bunu çəkən Mustafa Akkad olur. Sonra Mustafa Akkadın özünü öldürürlər”,
İlahiyyatçı sonda vurğulayıb ki, kinoda mütləq intim səhnələr olması şərt deyil:
“Mütləqdirmi ki, kinoda kimsə kimsə ilə öpüşsün? Hər hansı intim səhnə olmalıdır? Əlbəttə ki, xeyr! Bu günləri elə olmayan insanlara artıq bunu da eləməklə adiləşdirdilər. Sonra insanlar bundan da iyrənib bezirlər. İnsanlara ondan sonra hər şeyə adiləşdirib başqa bir şeyə çəkirlər. İnsanların şəxsi münasibətlərini ictimailəşdirmək düzgün deyil. İslamda haram-haram, halal-halaldır və bu prinsip heç kim tərəfindən dəyişdirilə bilməz. “Sənət xatirinə harama icazə verilə bilməz,” – deyə o bildirib.
Oğuz Ayvaz