Medianews.az
Bəhlul Mustafazadə "Qarabağ"dan ayrılır? -
112 baxış

Bəhlul Mustafazadə "Qarabağ"dan ayrılır? - Rəsmi açıqlama

Ötən gün UEFA Çempionlar Liqasının Əsas Liqa mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Ayntarxt" oyunundan sonra klubun müdafiəçisi Bəhlul Mustafazadənin klubdan ayrılması barədə iddialar gündəmə gəlib.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev bildirib ki, hazırda bununla bağlı rəsmi qərar yoxdur:

"Bu istiqamətdə hansısa rəsmi qərar olarsa, ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, "Qarabağ" yanvarın 29-u 00:00 da İngiltərə təmsilçisi "Liverpul"la qarşılacaq. Hazırda isə Ağdam təmsilçisinin Çempionlar Liqasında 10 xalı var.

Bizə qoşulun