Medianews.az
Hikmət Babayev müşavir vəzifəsindən
96 baxış

Hikmət Babayev müşavir vəzifəsindən çıxarıldı

Azərbaycanın gənclər və idman nazirinin müşaviri Hikmət Babayev işdən çıxarılıb.

Medianews.az Demokrat.az-a istinadən xəbər verir ki, nazir Fərid Qayıbovun müvafiq əmri ilə Hikmət Babayev müşavir vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə Hikmət Babayev idman komplekslərindən birinə direktor müavini təyin edilib.

 Hikmət Babayev 2023-cü ildən sözügedən vəzifədə çalışırdı.

 Hikmət Babayev mərhum Xalq artisti Arif Babayevin qardaşı oğludur.

Fotoda Hikmət Babayev

Arif Babayevin qardaşı oğlu vəzifəsindən azad edildi

Bizə qoşulun