Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl reanimasiyadan palataya köçürülüb.
Bu barədə Musavat.com-a açıqlamasında İlham İsmayılın özü məlumat verib.
O bildirib ki, hazırda özünü yaxşı hiss edir:
“Dünəndən yaxşıyam, palataya köçürülmüşəm. Amma tam özümə gəlməmişəm, müalicələrim davam edir. Həkimlər bildirir ki, hələ bir neçə gün xəstəxanada müalicə alacağam”.
Qeyd edək ki, İlham İsmayıl yanvarın 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib. Həkimlər ona daxili qanaxma diaqnozu qoyublar.