Medianews.az
Ən çox gəlir əldə edən 10 klub açıqlandı:
84 baxış

Ən çox gəlir əldə edən 10 klub açıqlandı: "Real" hamını qabaqladı

"Deloitte Football Money League" konsaltinq şirkəti 2024/2025 mövsümü üzrə futbol klublarının gəlirlərinə dair reytinqi dərc edib.

Publika.az xəbər verir ki, hesabata əsasən, gəlirlər üzrə lider “Real”dır. Madrid klubunun ümumi gəliri 1,16 milyard avro təşkil edib. Əvvəlki hesabatda da Madrid təmsilçisi birinci olub və həmin vaxt göstərici 1,05 milyard avro təşkil edib.

“Real”ı 974,5 milyon avro gəlir ilə “Barselona” izləyir. “Bayern” isə 860,6 milyon avro ilə üçüncüdür.

Madrid “Real”ı ardıcıl üçüncü ildir ki, futbol klublarının gəlirləri üzrə dünya reytinqinə başçılıq edir.

1. Real 1,16 milyard avro
2. Barselona 974,5 milyon avro
3. Bayern 860,6 mln avro
4. PSJ 837 mln avro
5. Liverpul 836,1 mln avro
6. Mançester Siti 829,3 mln avro
7. Arsenal 821,7 mln avro
8. Mançester Yunayted 793,1 mln avro
9. Tottenhem 672,6 mln avro
10. Çelsi 584,1 mln avro

Bizə qoşulun