Tramp Melaniya Knauss ilə 2005-ci ildə evlənib.
Ağ evin rəsmi sosial media hesabı X-də ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampın evlilik ildönümlərini qeyd etdiklərini elan edən bir paylaşım yayıb.
Lent.az-ın xəbərinə görə, Ağ evin rəsmi sosial media hesabı X ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampın Ağ evin eyvanında arxadan çəkilmiş şəklini paylaşııb.
“Prezident Donald Tramp və birinci xanım Melaniya Trampın 21-ci ildönümü mübarək!”, - paylaşımda deyilir.

Ağ ev Tarix assosiasiyasının veb saytına görə, Tramp Melaniya Knauss ilə 2005-ci ildə evlənib.
Onların Berron adlı bir oğlu var.