Medianews.az
ÇL matçından sonra azarkeşlər həbs olundu:
111 baxış

ÇL matçından sonra azarkeşlər həbs olundu: Səbəb nədir? - FOTO

Qazaxıstanda "Brügge"nin üç azarkeşi Çempionlar Liqasında "Kayrat"la oyuna "Borat" filmi mövzusunda çimərlik geyimləri geyindikləri üçün cəzalandırılıb.

Publika.az xəbər verir ki, oyun sonrası sosial şəbəkələrdə videolar yayılıb. Həmin kadrlarda “Brügge” azarkeşləri tribunada parlaq sarı rəngli çimərlik kostyumlarına bürünüblər. Kostyumlar “Borat” filmində Sassa Baron Koen tərəfindən canlandırılan baş qəhrəmanın geyiminə oxşayır.

Qazaxıstan daxili işlər nazirinin müavini Sanjar Adilov bildirib ki, ictimai yerdə içkili vəziyyətdə kiçik xuliqanlıq hərəkətləri törətmək faktı üzrə inzibati iş açılıb: “Şəxslər inzibati məsuliyyətə cəlb olunublar. Onların beş gün müddətinə inzibati həbs olunması barədə məhkəmə qərarı var”.

Qeyd edək ki, Astana şəhərində keçirilən UEFA Çempionatı matçı Belçika komandası üçün 4:1 hesablı qələbə ilə başa çatıb. “Kayrat” turnirin növbəti mərhələsinə yüksəlmək şansını itirib.

Bizə qoşulun