Medianews.az
Ramin Məmmədov özünə yeni köməkçi təyin etdi –
79 baxış

Ramin Məmmədov özünə yeni köməkçi təyin etdi – FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov özünə yeni köməkçi təyin edib.

Medianews.az-ın məlumatına görə, bununla bağlı sədr Ramin Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Abbasəli Bayramov sədrin köməkçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Bayramov 1993-cü ildə Bakı şəhərində anadan olub. O, Ramin Məmmədovun Milli Məclisin deputatı olduğu dövrdə 2022-2024-cü illərdə köməkçisi işləyib.

2024-cü ildən isə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. (İqtisadiyyat.az)

 

Bizə qoşulun