Medianews.az
İranın baş prokuroru Trampın dediklərinin yalan olduğunu bildirib
80 baxış

İranın baş prokuroru Trampın dediklərinin yalan olduğunu bildirib

İran İslam Respublikasının baş prokuroru Məhəmməd Mövəhədi-Azad ABŞ Prezidenti Donald Trampın 800 etirazçının edamdan xilas edilməsi ilə bağlı sözlərini təkzib edib.

Medianews.az-ın məlumatına görə, baş prokuror Vaşinqtonun təzyiqi nəticəsində İranda etirazlar zamanı saxlanılan 800 nəfərin edam edilməsi qərarının ləğv olunduğu barədə Trampın dediklərini “tamamilə yalan” adlandırıb.

“Bu iddia tamamilə əsassızdır, belə bir rəqəm yoxdur və məhkəmə sistemi bu cür qərar qəbul etməyib” deyə baş prokuror vurğulayıb.

Hüquq müdafiəçilərinin hesabatına görə, İranda ötən il dekabrın 28-dən başlanan etirazların zorakılıqla yatırılması zamanı ölənlərin sayı 5000 nəfəri keçib, 26 min 800-dən çox şəxs isə tutulub.

Medianews.az

Bizə qoşulun