Bakı sakinlərinin bir çoxu hesab edir ki, geridə qoyduğumuz iyun ayı paytaxtımızda əvvəlki illərin əksəri ilə nisbətdə daha sərin keçib.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Medianews.az-a bildirib ki, Bakıda son 30 il ərzində iyun ayı üzrə ən yüksək temperatur 2021-ci il iyunun 26-da qeydə alınıb: “Həmin gün havanın maksimal temperaturu 41 dərəcəyə yaxın isti təşkil edib.
Son 30 il ərzində paytaxtda iyun ayı üzrə ən aşağı temperatur isə 1996-cı il iyunun 2-də müşahidə olunub. Həmin gün Bakıda havanın temperaturu 8 dərəcə isti təşkil edib”.
Nailə Qasımova,
Medianews.az