Medianews.az
Bakıda mənzildə 2 meyit
58 baxış

Bakıda mənzildə 2 meyit TAPILDI

Paytaxtda bağlı qapı arxasında iki nəfərin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan müraciət əsasında Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə Binəqədi rayonunda yerləşən mənzilə baxış keçiriblər.

Həyata keçirilən tədbirlər nəticəsində iki nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bizə qoşulun