Medianews.az
Bakı-Şamaxı yolunda
273 baxış

Bakı-Şamaxı yolunda yük maşını aşdı

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb. "Isuzu" markalı yük avtomobili idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisəyə səbəb yolun hərəkət istiqamətinin qatı dumana bürünməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun