Medianews.az
AzTV-nin müxbiri təyyarənin qəzaya düşdüyü yerdə
249 baxış

AzTV-nin müxbiri təyyarənin qəzaya düşdüyü yerdə xəsarət aldı - FOTO

Azərbaycan Dövlət Televiziyasının (AZTV) Gürcüstan bürosunun müxbiri Ruslan Həsənov Türkiyəyə məxsus C-130 təyyarəsinin qəzaya düşdüyü ərazidə xəsarət alıb.

Bu barədə “Qafqazinfo”ya R.Həsənov özü məlumat verib.

O bildirib ki, dünəndən hadisə yerindədir və hadisə təsadüfən baş verib.

R.Həsənov çəkiliş vaxtı yıxıldığını, ayağından xəsarətlər aldığını və xəstəxanaya yerləşdirildiyini qeyd edib.

Bizə qoşulun