İsrailin Azeka şəhərində arxeoloji qazıntılar zamanı təxminən 2,5 min il yaşı olan kütləvi məzarlıq aşkarlanıb.
Medianews.az xəbər verir ki, məzarlıqda 89 skelet fraqmenti müəyyən edilib.
Onların 90 faizi 5 yaşdan kiçik uşaqlara, 70 faizdən çoxu isə 2 yaşadək körpələrə aiddir. Araşdırmanı aparan Tel-Aviv Universiteti alimləri bildirir ki, sümüklərdə zorakılıq izləri yoxdur və dəfn prosesi uzun illər ərzində mərhələli şəkildə həyata keçirilib.
Tədqiqatçılara görə, bu hal müharibə və ya epidemiya ilə bağlı deyil. Qədim dövrlərdə körpələrin böyüklərdən ayrı dəfn edilməsi geniş yayılmış ənənə olub. Gələcəkdə aparılacaq DNT analizlərinin tapıntıya daha çox aydınlıq gətirəcəyi gözlənilir.
Medianews.az